Yaxın 3 gündə hava necə olacaq? – RƏSMİbackend

Yaxın 3 gündə hava necə olacaq? - RƏSMİ

Yaxın 3 gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi, mülayim şimal küləyinin əsəcəyi gözlənilir.

KONKRET.az xəbər verir ki, bu barədə Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

O qeyd edib ki, Bakıda və Abşeron yarımadasında havanın temperaturu günorta saatlarında 32-36 dərəcə isti olacaq:

“Yaxın 3 gün ərzində Azərbaycanın əksər rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz saatlarında bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Havanın temperaturu 34-39, dağlıq ərazilərdə isə 23-28 dərəcə isti olacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*