“Yaxın Şərq yenidən qarışır, müharibə başlayacaq” – Zərdüşt Əlizadədən SENSASİON PROQNOZbackend

"Yaxın Şərq yenidən qarışır, müharibə başlayacaq" - Zərdüşt Əlizadədən SENSASİON PROQNOZ

İranın ABŞ-la planlaşdırılan danışıqlardan imtina etməsi və tərəflər arasında fikir ayrılıqlarının dərinləşməsi regionda yeni hərbi eskalasiya ehtimallarını yenidən gündəmə gətirib. Ekspertlər hesab edir ki, atəşkəsin taleyi və tərəflərin növbəti addımları Yaxın Şərqdə sabitliyin gələcəyini müəyyən edə bilər.

Bəs İran-ABŞ qarşıdurması yenidən müharibə mərhələsinə keçə bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Zərdüşt Əlizadə bildirib ki, hazırkı vəziyyət olduqca təhlükəlidir və yeni eskalasiya riski yüksək olaraq qalır.

Zərdüşt Əlizadə: “Bu halda Putin Paşinyana deyəcək ki, artıq gecdir...” –  Müsahibə

Onun sözlərinə görə, bu ehtimal “hədsiz realdır”.

Politoloq qeyd edib ki, ABŞ-ın razılaşdırılan şərtlərə əməl etməməsi vəziyyəti daha da gərginləşdirib:

“Atəşkəslə bağlı razılıq əldə olunmuşdu. Lakin ABŞ bu şərtləri pozur. İran gəmisinin saxlanılması da ABŞ tərəfindən öhdəliklərin pozulması kimi qiymətləndirilir. Belə olan halda İran ABŞ-la danışıqları mənasız hesab edir. Rəsmi Tehran artıq diplomatik prosesdən daha çox mümkün hərbi ssenarilərə hazırlaşır. Əgər ABŞ
ikinci mərhələyə gedəcəksə, o zaman İran Amerikadan qorxmadığını və geri çəkilmək niyyətində olmadğını düşünəcək”.

Politoloq hesab edir ki, tərəflər arasında etimadın azalması və qarşılıqlı ittihamların artması mövcud atəşkəsin uzunömürlü olmayacağını göstərir. Onun sözlərinə görə, bu vəziyyət Yaxın Şərqdə yeni qarşıdurma riskini daha da artırır.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*