Yaxın Şərqdə İŞİD-çilərin sayı artır – SENSASİON XƏBƏRDARLIQbackend

Yaxın Şərqdə İŞİD-çilərin sayı artır - SENSASİON XƏBƏRDARLIQ

“Yaxın Şərqdə İŞİD terror qruplaşmasının üzvlərinin sayı artır və silahlılarla mübarizə üçün regional ittifaq lazımdır”.

KONKRET.az report.az-a istinadən xəbər verir ki, bunu İraqın xarici işlər naziri Fuad Hüseyn bəyan edib.

Onun fikrincə, regiondakı qonşu ölkələr yaraqlıların fəaliyyəti ilə bağlı kəşfiyyat məlumatları mübadiləsi aparmalı və təkcə xarici işlər nazirləri deyil, həm də müdafiə nazirləri və kəşfiyyat rəhbərləri səviyyəsində daimi əlaqə saxlamalıdırlar:

“Bölgədə İŞİD-çilərin sayının, terrorçuların ixtiyarında olan silahların miqdarının və nəzarət etdikləri ərazilərin artdığını görürük. Bu baxımdan bizə regional səviyyədə terror təhlükəsi ilə mübarizə aparacaq və beynəlxalq ictimaiyyətin dəstəyini alacaq bir təşkilat lazımdır”.

Hüseyn qeyd edib ki, Bağdad Suriyadakı vəziyyəti diqqətlə izləyir, çünki İraqdakı daxili siyasi vəziyyət oradakı vəziyyətdən əhəmiyyətli dərəcədə asılıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*