Yəhudilər ermənilərin üzünə tüpürüb qaçıb.
KONKRET.az xəbər verir ki, hadisə 8 yanvar 2023-cü ildə Yerusəlimdəki Müqəddəs Akopyans kilsəsinin ruhani təbəqəsinin başına gəlib.
Ruhani kafedrasının auditoriya zalından monastırın əsas darvazasına gedən yolda bir neçə gənc yəhudi icma üzvlərinə yaxınlaşaraq onların üzərinə tüpürüb qaçıblar.
“Yerusəlimin erməni ruhani təbəqəsi ilk dəfə deyil ki, belə rəftara məruz qalır. Demək olar ki, hər il belə xoşagəlməz hadisələr baş verir, ekstremistlər bu cür təxribatlara əl atırlar. Onlar ruhani atalara, kilsə əmlakına, müqəddəs kitaba, xaç və digər aksessuarlara tüpürürlər.
Bizimkilər onlarınn addımlarını cavabsız qoymadığı üçün məsələnin böyük davaya çatdığı hallar olub. Yerusəlimdə yaşayanlar üçün belə hadisələr adi haldır. 2015-ci ildə Yerusəlimdəki erməni seminariyasının tələbələri monastıra gedərkən bir qrup yəhudi gəncin yenidən hücumuna məruz qalıb. Qüds polisi hadisə barədə eşitmək belə istəməyib.
Üstəlik, ən azı 20 polis məmuru yəhudilərin birinin gözünə yumruq vurmaqda ittiham olunan iki tələbəni həbs etmək üçün seminariyaya qanunsuz daxil olub. Yenə də fiziki güc tətbiq edilib. Qüds Erməni Patriarxlığının Müqəddəs Akopyan Konqreqasiyasının üzvü, istedadlı ustad Arbak Abeqa Saruxanyan yəhudi gənclərin hücumuna məruz qalıb. Hücum Müqəddəs Katedralinə gedən yolda baş verib.
Ata Arbak yaralanıb və dərhal xəstəxanaya aparılıb. Ona 7 nəfər hücum etmişdi.
Erməni icmasının və Yerusəlim Erməni Patriarxlığının etirazlarına baxmayaraq, yerli hakimiyyət yəhudilərin bu cür addımlarına biganəlik nümayiş etdirir. Onların qarşısını almaq üçün heç bir aktiv addım atılmır.
Düzdür, polis ekstremistlərin əməllərinə bəzən müdaxilə edir, bəzən də müdaxilə etmir. Lakin cinayəti törədən şəxslərin məhkəmə tərəfindən cəzalandırılması və qanunvericiliyə uyğun olaraq müvafiq cəzasını çəkməsi halları hələ də qeydə alınmayıb. Bu, yəqin ki, onlara yeni təxribatlar törətmək, erməni din xadimlərinə qarşı zorakılıq tətbiq etmək üçün imtiyazlar verir”, – deyə Müqəddəs Akopyans kilsəsindən bildiriblər.
Xuraman Etibarlı,
KONKRET.az
