Yəməndə husilər 350 nəfəri EDAM EDƏCƏKbackend

Yəməndə husilər 350 nəfəri EDAM EDƏCƏK

İranın dəstəklədiyi husilər Yəməndə dövlət çevrilişi etdikdən sonra onlara qarşı çıxan 350 nəfəri edam cəzasına məhkum edib.

KONKRET.az xəbər verir ki, bu barədə Yəmən hökumətinin informasiya, mədəniyyət və turizm naziri Müəmmar əlİryaniSABA” agentliyinə verdiyi açıqlamada bildirib:

“Husilər dövlət çevrilişi etdikdən sonra onlara qarşı olan əsgərlər, fəallar, jurnalistlər və siyasətçilər də daxil olmaqla 350 nəfəri edam cəzasına məhkum edib”.

Husilər hələlik mövzu ilə bağlı açıqlama verməyib.

Qeyd edək ki, İranın dəstəklədiyi husilər 2014-cü ilin sentyabrından paytaxt Səna və Yəmənin bəzi bölgələrinə nəzarət edir. Yəmən hökuməti isə 2015-ci ilin martından Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri tərəfindən dəstəklənir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*