Yeni hakimlər onların ailə üzvləridirbackend

Yeni hakimlər onların ailə üzvləridir

Xəbər verdiyimiz kimi, Prezidentin sərəncamı ilə bir sıra birinci instansiya məhkəmələrinə yeni hakimlər təyin edilib.

KONKRET.az xəbər verir ki, hakim təyin edilən şəxslərin yarıdan çoxunun (32 hakimdən 17-si) qadın olması diqqəti çəkir.

Əldə etdiyimiz məlumata görə, hakim təyin edilən xanımlardan bəziləri tanınmış şəxslərin ailə üzvləridir. Belə ki, dövlət başçısının sərəncamı ilə Suraxanı Rayon Məhkəməsinin hakimi təyin edilən Fəridə Rzayeva Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayevin qızıdır. O, daha əvvəl vəkillik fəaliyyəti ilə məşğul olurmuş.

Bundan başqa Göyçay Rayon Məhkəməsinin hakimi təyin edilən Liza Xanməmmədova Salyan Şəhər Bələdiyyəsinin sədri Əliəşrəf Xanməmmədovun qızıdır. O, daha əvvəl Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsində aparıcı məsləhətçi vəzifəsində də çalışıb.

Ağdaş Rayon Məhkəməsinin hakimi təyin edilən Aygün Mürsəlova isə daha əvvəl Gəncə Hərbi Məhkəməsində çalışıb.

  • T.ədalət
    Oktyabr 13, 2023 - 08:25

    Şəbid ailələri və müharibə iştirakçıları kasıb olduğuna görə vəzifəli şəxslərin pulu irəli çıxıb.

    • Leyla
      Oktyabr 14, 2023 - 07:45

      Xeyri yoxdu onsuz belelerine qebire kimi duzelen deyiller

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*