Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev noyabrın 5-də rayon ağsaqqalları ilə görüşüb.
KONKRET.AZ-ın xəbərinə görə, Elnur Rzayev bildirib ki, görüşdə əsas məqsəd rayonun hazırkı problemlərinin müzakirəsi və rayonun gələcək inkişafı ilə bağlı ağsaqqalların təkliflərinin dinlənilməsidir.
Yeni icra başçısı rayonda aparılacaq işlərin əhalinin rahatlığına xidmət edəcəyini və abadlıq-quruculuq işlərinin aparılmasında görüş iştirakçılarının təkliflərinin nəzərə alınacağını qeyd edib.
E.Rzayev yaxın zamanlarda rayonda sosial-mədəni və iqtisadi sahələrdə görüləcək işlər barədə ağsaqqallara qısa məlumat verib.
Görüş zamanı Ağsaqqallar Şurasının sədri Əli Mustafayev ağsaqqallar adından Elnur Rzayevi Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı təyin olunması münasibətilə təbrik edərək ona ugurlar arzulayıb.
Daha sonra görüş iştirakçıları rayondakı mövcud problemlər və görüləcək işlərlə bağlı fikir mübadiləsi aparıblar.
