Yeni MÜNAQİŞƏ OCAĞI – Peskov Polşanı “düşmən ölkə” adlandırdıbackend

Yeni MÜNAQİŞƏ OCAĞI - Peskov Polşanı “düşmən ölkə” adlandırdı

Peskov Polşanı “düşmən ölkə” adlandırıb.

KONKRET.az-ın məlumatına görə, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov hesab edir ki, Polşa Ukraynanın ərazi bütövlüyünə təhlükə yaradır.

“Son aylarda Polşadan çoxlu düşmən ritorikası gəlir. Bu, uzun müddətdir dostluq xarakteri daşımasa da, son aylarda düşmənçiliyə çevrilib və Ukraynanın ərazi bütövlüyü Polşa tərəfindən təhdid oluna bilər. Bunlar aşkar faktlardır”, – deyə Peskov bildirib.

Rusiyaya düşmən olan qərb ölkələri ilə bağlı ritorikanın qurulması hərbi əməliyyatların ərazisinin daha da genişləndirilməsinə haqq qazandıra bilər. Bunu Rusiya Federasiyası Prezidentinin Qələbə Günündə vaxtından əvvəl sosial şəbəkələrə sızan çıxışı olduqca şəffaf şəkildə göstərir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*