Ölkəyə idxal olunan bir sıra qida məhsullarından götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində uyğunsuzluqlar aşkarlanıb.
KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, müəyyən olunan konkret faktlar üzrə qurum tərəfindən qanunamüvafiq tədbirlər görülür. Yeni Zelandiya, Çin, Özbəkistan, Rusiyadan idxal olunan qida məhsullarında aşkarlanan uyğunsuzluqlarla əlaqədar müvafiq sağlamlaşdırıcı tədbirlərin görülməsi üçün sözügedən ölkələrin aidiyyəti qurumlarına xəbərdarlıq məktubları ünvanlanıb. Qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.
Uyğunsuzluq aşkarlanan məhsul partiyaları bunlardır: Yeni Zelandiyaya məxsus kərə yağı, Çinə məxsus nərə kürüsü, Özbəkistana məxsus araxis və ərik qurusu, Rusiyaya məxsus mal piyi və dondurulmuş donuz əti məhsulları.
Hamisi eyni zibildi
AQTA web səhifəsində göstərilib, 04.09.2024 tarixdə Fonterra şirkətinin istehsal etdiyi kərə yağında Kampesterin uyğunsuzluğu aşkarlanıb. Yəqin ki normadan yüksək olub. Marka göstərilməyib, ola bilər 25kg-lıq qutu yağdan söhbət gedir. Məlumat uçun yazıram: Yeni Zelandiyada inəklərin qapalı ferma şəraitində saxlanmasına icazə yoxdur. Heyvanlar bütün il boyu otlaqlıqlarda saxlanılır.