Yenidən cavanlaşan Alla Puqaçova görünüşü ilə pərəstişkarlarını VALEH ETDİ – FOTObackend

Yenidən cavanlaşan Alla Puqaçova görünüşü ilə pərəstişkarlarını VALEH ETDİ - FOTO

Yenidən cavanlaşan Alla Puqaçova görünüşü ilə sosial şəbəkə istifadəçilərini valeh etdi.

KONKRET.az xəbər verir ki, bu dəfə rusiyalı musiqiçi Aleksandr Kondratyev Primadonna ilə şəkil çəkdirib və İnstaqram səhifəsində yerləşdirib.

Maksim Qalkinsiz Rusiyaya gözlənilməz qayıdışından sonra Alla Puqaçova vaxtını boş keçirmir və Rusiya küçələrində görünüşü ilə pərəstişkarlarını sevindirir.

Alla Puqaçova fotoda nəzərəçarpacaq dərəcədə gənc və təravətli görünür.

O, xaricdə müalicə aldığını və istirahət etdiyini etiraf edib. Nəticə göz qabağındadır. Dərisi cavan və parlaqdır, üzün oval hissəsi dartılıb. Buğdayi saç rəngi sənətçiyə çox yaraşır.

Xatırladaq ki, avqustun 27-də Alla Puqaçovanın Rusiyaya qayıtdığı məlum olub. Ulduz sənətçi və əri Maksim Qalkin Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi başladıqdan sonra İsrailə gedib və yayda Yurmalada olublar.

Onun həyat yoldaşı ukraynalıları fəal şəkildə dəstəkləyir və rus işğalının qurbanlarına kömək edir. Puqaçova hələlik Putinin aqressivliyi ilə bağlı öz mövqeyini açıqlamır.

Xuraman Etibarlı,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*