Yens Vaydmann: “İnflyasiya gözlənildiyindən daha sürətlə yüksələcək”backend

Yens Vaydmann: "İnflyasiya gözlənildiyindən daha sürətlə yüksələcək”

“Avrozonada inflyasiya gözlənildiyindən daha sürətlə yüksələcək”.

KONKRET.az xəbər verir ki, bu barədə Avropa Mərkəzi Bankı İdarə Heyətinin üzvü Yens Vaydmann bildirib.

Bankir qurumun istiqrazlarının pandemiya alış proqramını təxirə salmamağa çağırıb.

Almaniya Bundesbankının prezidenti Vaydmann “Welt am Sonntag” qəzetinə verdiyi müsahibədə müvafiq orqanlara xitabən çox yüksək səviyyədə olan inflyasiya riskini izləməyə çağırıb.

“Pandemiya davam edir, amma qalıcı deyil. Bu, etibar məsələsidir. Odur ki, daha diqqətli olmaq lazımdır”, – deyə Bundesbankının prezidenti vurğulayıb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*