Yevlaxda minik avtomobilləri toqquşub.
KONKRET.az-ın məlumatına görə, hadisə Yuxarı Qarxun kəndi yaxınlığında baş verib.
Vaz-2107 markalı avtomobilin digər maşınla toqquşması nəticəsində müxtəlif bədən xəsarətləri alan Vaz-2107-nin sürücüsü, Qarxun kənd sakini – 2000-ci il təvəllüdlü Məhəmməd Qulu oğlu Məhəmmədov xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma başlanıb.