Yevlaxda motosiklet minik maşınına çırpılıb, yaralanan var.
KONKRET.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, rayon ərazisində baş verən qəza zamanı “Priora” markalı minik avtomobili motosikletlə toqquşub.
Hadisə zamanı yaralanan 1995-ci il təvəllüdlü motosikletçi Elman İbrahimov xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov,
KONKRET.az
