Yevlaxda yol qəzasında yaralanan 6 nəfər bir ailənin üzvüdür – ÖZƏLbackend

Yevlaxda yol qəzasında yaralanan 6 nəfər bir ailənin üzvüdür - ÖZƏL

Yevlaxda yol qəzasında yaralanan 6 nəfər  bir ailənin üzvü olan Şəki sakinləridir.

KONKRET.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, onlar Gəncə şəhərinə məktəb ləvazimatları almağa gedirlərmiş.

Yaralıların vəziyyəti barədə  xəstəxananın reanimasiya şöbəsinin növbətçi həkimi Rəmziyyə Süleymanova 6 yaralıdan 3-nün azyaşlı olduğunu deyir. Görülən zəruri tədbirlər nəticəsində yaralıların vəziyyətinin normal olduğu deyilir.

Xəsarət alanlar 1993-cü il təvəllüdlü Həcərət Lətif oğlu Nəsirov, 2018-ci il təvəllüdlü Kamil Nəsirov, 1953-cü il təvəllüdlü Bəsti Nəsirova, 1986-cı il təvəllüdlü İlahə Nəsirova, 2018-ci il təvəllüdlü Zərif Nəzirli və 2007-ci il təvəllüdlü Emil Nəsirovdur.

Ehtiram Muradov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*