Yol polisi əməkdaşlarının icazəsi olmadan bunu etmək olmaz – YENİ QADAĞAbackend

Yol polisi əməkdaşlarının icazəsi olmadan bunu etmək olmaz - YENİ QADAĞA

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Daxili İşlər Nazirliyi yol polisi əməkdaşlarının icazəsi olmadan onların foto və videolarını yayılmasını qadağan etməyi təklif edir

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bu barədə Özbəkistan Daxili İşlər Nazirliyindən bildirilib. Yayılan məlumatda bildirilir ki, bu, müfəttişlərin yol hərəkəti iştirakçıları ilə qarşılıqlı əlaqəsi qaydalarına dəyişiklik layihəsindən irəli gəlir.

Sənədin mətni normativ hüquqi aktların layihələrinin müzakirəsi üçün elektron portalda dərc olunub.

Artıq bir neçə müddət əvvəl Daxili İşlər Nazirliyi yol polisi əməkdaşlarını onların icazəsi olmadan foto və videoların İnternetdə yerləşdirilməsinə qadağa qoymaq ideyası ilə çıxış edir.

Daxili İşlər Nazirliyi tərəfindən hazırlanmış bu sənədlə bağlı iradlar martın 29-dək dinləniləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*