Yol qəzası baş verdi – Beş nəfər xəsarət aldıbackend

Yol qəzası baş verdi - Beş nəfər xəsarət aldı

Krımda yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, bu barədə Krım Prokurorluğunun “Telegram” kanalında məlumat verilib.

Hadisə Yalta-Sevastopol avtomobil yolunda qeydə alınıb.

“Bu gün, 25 may 2024-cü il tarixində Yalta şəhərindən Sevastopol şəhəri istiqamətində hərəkətdə olan “Mazda” markalı avtomobil ötmə əməliyyatı edərkən qarşı zolağa çıxıb və “Volkswagen” markalı avtomobillə toqquşub. Qəza nəticəsində beş nəfər, o cümlədən üçü 2008, 2014 və 2015-ci il təvəllüdlü azyaşlılar xəsarət alıblar”, – məlumatda deyilir.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*