“YouTube”da DƏYİŞİKLİKbackend

YouTube”da DƏYİŞİKLİK

“YouTube” öz daxilində serial və filmlərin yayımı üçün media şirkətləri ilə danışıqlara başlayıb.

KONKRET.az xəbər verir ki, kanalda qısa müddətdə seriallardan filmlərə, hətta televiziya proqramlarına qədər bir çox verilişlərin hazırlanması gözlənilir.

“YouTube”un təqdim edəcəyi yeni məzmun televiziya kanallarında olduğu kimi reklamlarla da xidmət göstərəcək.

“Biz həmişə tamaşaçılara onlar üçün ən vacib olan məzmunu daha asan tapmaq, izləmək və paylaşmaq üçün mərkəzi platforma vermək üçün yeni yollar axtarırıq”, – şirkətin sözçüsü deyib.

Digər tərəfdən, “YouTube”da artıq bəzi filmlər var. Əslində televiziya kanalları serialları, verilişləri “YouTube”da yayımlayır. Ancaq əlbəttə ki, platformanın onları axın şəklində yayımlaması bir ilk olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*