YPX cərimələrinə etiraz: 50 gün sonra gələn cavab və…backend

YPX cərimələrinə etiraz: 50 gün sonra gələn cavab və...

Yol Polisi Xidmətinin (YPX) yazdığı cərimələrdən elektron qaydada şikayət edən vətəndaşlar cavabların həddindən artıq gecikməsindən və qeyri-peşəkar yanaşmadan narazıdırlar.

KONKRET.az xəbər verir ki, bu barədə Rəvan Bəşirov adlı sosial şəbəkə istifadəçisi öz narazılığını bildirib.  Vətəndaş e-polis platforması üzərindən etdiyi müraciətlərə baxılması prosesini kəskin tənqid edib:

“YPX-nin haqsız cərimələri barədə e-polisdən şikayət yazırsan idarəyə ki, baxsınlar, araşdırsınlar və nəticə çıxarsınlar. Şikayət yazılandan 45-50 gün sonra cavab gəlir. Mən başa düşmürəm niyə belə gec cavab verirlər? Gəlir dəbbəyə çatır cərimə məbləği, istəyirlər ki, vətəndaş məcburi bezib ödəsin və şikayət etməsin. Verdikləri cavab da qəti mahiyyəti üzrə, şikayət mövzusuna aid olmur. İndi həmin şikayətə bir də cavab yazırsan ki, mahiyyəti üzrə cavab verin, ona da Allah bilir, yəqin ki, avtomobilə həbs qoyulanda cavab verərlər”.

Sürücü bənzər problemlə qarşılaşan digər vətəndaşlara müraciət edərək hüquqi məsləhət istəyib və rəsmi qurumların bu addımını qıcıq yaratmaq kimi qiymətləndirib:

“Bu barədə təcrübəsi olanlar və məhkəməyə kimi gedənlər tövsiyələrini yazsın. Belə olmaz. Vətəndaşın şikayətinə 50 gün sonra aidiyyatsız cavab yazaraq qıcıq yaratmaq kimin marağının nəticəsidir?”.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*