“Yubkalı Gebbels” Simonyanı öldürmək istəyirlər.
KONKRET.az xəbər verir ki, Moskva şəhərində təhlükəsizlik qüvvələrinin qaynar xəttinə naməlum şəxs zəng edərək işçilərdən xahişi olduğunu bildirib.
İddialara görə, zəng edən şəxs RT-nin rəhbəri Marqarita Simonyana hücum etməyi planlaşdırır və onun harada olduğunu bilir. O, Krasnodar diyarının kurort şəhərlərindən birinin adını çəkib.
Həmin şəxs Moskva polisindən Marqarita Simonyanı sui-qəsd cəhdindən qorumamağı xahiş edib.
“Konkret bir üsul hələ seçilməyib – ya onu partlatmaq, ya da jurnalisti boğmaq üçün “bomj” tutmaq lazım gələcək. Zəng edənin bir istəyi var idi – onun fikrindən yayındırmamaq”, – polis idarəsindən bildiriblər.
Hazırda polis araşdırma aparır və müraciətin müəllifini axtarır.
- Simonyanın aldığı təhdidlər, hədələr onun dar düşüncəsinin, dilinin bəhrəsidir.
- Rusiyanın ən “yaxşı” 3 təbliğatçısından biri olan, RT telekanalının və “Sputnik” xəbər agentliyinin baş redaktoru tələsik açıqlamalarına görə nəinki ölkələrlə, hətta xalqlarla dalaşmağı bacarıb.
- Ukrayna daxil digər postsovet ölkələrinə qarşı münasibətdə də Simonyan-Keosayan tandemi daha aqressivdir. Nalayiq davranışlara görə təbliğatçı cütlük Aİ-nin sanksiya siyahısına salınıb.
- “Marqo” söyüş və təhrik kimi təbliğat vasitələrindən məharətlə və təkrarolunmaz şəkildə istifadə edir.
- Simonyan sırf uzun, murdar dilinə görə cəzasız qaldığı üçün düşmən qazanmaqda təbii istedada malikdir.
- Ona görə “yubkalı Gebbels” və ya həyat yoldaşını məhv etməyə qərar verən insanlar ola bilər və heç kim də bunun olmayacağına zəmanət verə bilməz.
Xuraman Etibarlı,
KONKRET.az
