Yük maşını italiyalı velosipedçini vurub öldürdübackend

Yük maşını italiyalı velosipedçini vurub öldürdü

İtaliyalı velosipedçi Davide Rebellin yük maşını ilə toqquşaraq dünyasını dəyişib.

KONKRET.az xəbər verir ki, bu barədə Cyclingnews məlumat yayıb.

Mənbənin sözlərinə görə, insident Viçensa yaxınlığında məşq zamanı baş verib. Yük maşınının sürücüsü qaçıb. Polis araşdırmalara başlayıb və sürücünün şəxsiyyəti müəyyənləşdirilir.

51 yaşlı Rebellinin karyerası 30 ili əhatə edib. O, öz nəslinin ən güclü klassik velosipedçilərindən biri hesab olunur. 2009-cu ilin aprelində o, Pekin Olimpiadasında dopinq qəbul etdiyinə görə iki il müddətinə diskvalifikasiya olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*