Yunan ekspert: “Yunanıstanın müdafiəsi Ermənistandan başlayır”backend

Yunan ekspert: "Yunanıstanın müdafiəsi Ermənistandan başlayır"

“Yunanıstanın müdafiəsi Ermənistandan başlayır”.

KONKRET.az xəbər verir ki, bunu geosiyasi və müasir hərbi texnologiyalar üzrə professor və ekspert Konstantinos Qrivas deyib.

O bildirib ki, Ermənistanı dəstəkləmək bizim çoxlu ümumi cəhətlərimiz olan xalqla həmrəylik aktı deyil, Yunanıstanın vahid və bölünməz geosistem daxilində təhlükəsizliyi və geosiyasi fəaliyyəti üçün zəruri addımdır.

“Türkiyə Mərkəzi Asiyada avtonom şəkildə hərəkət edəcək və fəaliyyət göstərəcək aralıq, ayrıca geosistem yaratmağa çalışır. Mərkəzi və Cənubi Asiyada bu azad birliyin əsasını Türkiyə-Azərbaycan sistemi təşkil edir. Və bu assosiasiyaya Ermənistan mane olur.

Ermənistanı geosiyasi cəhətdən “neytrallaşdırmaqla” Azərbaycan Moskvadan daha az asılı olacaq. Və Türkiyə-Azərbaycanın Ermənistana “hücumu” Türkiyəni Yunanıstan üçün daha təhlükəli edir”, – deyə Qrivas sərsəmləyib.

Xuraman Etibarlı,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*