Yunanıstan Sahil Mühafizəsi Bozcaadada göyərtəsində azərbaycanlıların olduğu gəmiyə atəş açıb.
KONKRET.az xəbər verir ki, bu barədə “Haber.com” məlumat yayıb. Yunanıstan Sahil Mühafizəsi qüvvələri Çanaqqalanın Bozcaada səmtində beynəlxalq sularda üzən Komor adaları bayrağı altında üzən “Anatolian” adlı Ro-Ro gəmisinə atəş açıb.
Hadisədən dərhal sonra Türkiyə Sahil Təhlükəsizlik Botlarını görən yunanlar bölgəni tərk edib.
Sahil Mühafizə Komandanlığından verilən açıqlamada bildirilir ki, “Beynəlxalq hüquq qaydalarına məhəl qoymayaraq açılan təcavüz atəşindən sonra 18 personalı olan gəmi iki Sahil Mühafizə kateri tərəfindən müşayiət olunur”.
Çanaqqala Növbətçi Respublika Prokurorluğunun göstərişi ilə hadisə ilə bağlı araşdırma başlanılıb.
Gəmidə 6 Misir, 4 Somali, 5 Azərbaycan və 3 Türkiyə vətəndaşının olduğu bildirilir.
Xuraman Etibarlı,
KONKRET.az
