Yunanıstanda “Haber Global” komandasına bıçaqla hücum edildi – VİDEObackend

Yunanıstanda “Haber Global” komandasına bıçaqla hücum edildi - VİDEO

Yunanıstanın Rodos adasındakı meşə yanğınlarını izləyən türk jurnalistlər bıçaqlı hücuma məruz qalıb.

KONKRET.az xəbər verir ki, “Haber Global”ın müxbiri Mehmet Altunışık və operator Kaan Ülker hücumdan sağ-salamat xilas olublar. Komandanın kamerası və maşını zədələnib.Türkiyə Rodosda baş verən yanğından sonra Yunanıstana yardım əlini uzadan ilk ölkələrdən biri olub. 2 yanğınsöndürmə təyyarəsi və 1 yanğınsöndürmə helikopteri ilə gecə-gündüz alovlara müdaxilə edilib.

Yunanıstanın baş naziri Kiryakos Mitsotakis özəl mesajında ​​Türkiyəyə köməyə görə təşəkkür edib.

“Haber Global” da Yunanıstanda baş verənləri anbaan çatdırmaq üçün yanğın bölgəsinə gedib. Jurnalistlərə lənətlər yağdıran yunan hücumçular maşının arxasından bıçaq götürərək “Haber Global”ın müxbiri Mehmet Altunışık və operator Kaan Ülkerin üzərinə hücum çəkiblər. Komandanın maşınına və kamerasına böyük ziyan dəyib.

Yunan polisi baş verənləri izləməklə kifayətlənib. Türkiyə komandasına hücum edənlərə qarşı heç bir tədbir görülməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*