Nazir əmr verdi: Təxribatlara dərhal cavab verilsin!backend

Nazir əmr verdi: Təxribatlara dərhal cavab verilsin!

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun bölmələrinə qarşı mümkün təxribatlara dərhal adekvat cavab tədbirlərinin görülməsi ilə bağlı konkret tapşırıqlar verib.

KONKRET.az xəbər verir ki, o, bu barədə iyunun 4-də Mərkəzi Komanda Məntəqəsində keçirilən xidməti müşavirədə danışıb.

Z.Həsənov döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılması barədə də konkret tapşırıqlar verib.

Müdafiə naziri müddətli həqiqi hərbi xidmətə yeni çağırılacaq gənc əsgərlərin fərdi-psixoloji xüsusiyyətlərinin öyrənilməsi, onların hərbi xidmətə adaptasiyası, şəxsi heyətin xidməti təhlükəsizliyinin təmin edilməsi və sağlamlığının qorunması məsələlərinin diqqət mərkəzində saxlanılması ilə bağlı göstəriş verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*