Zakir Qaralovla Xanlar Vəliyev MƏHKƏMƏDƏ görüşəcək – ƏTRAFLIbackend

Zakir Qaralovla Xanlar Vəliyev MƏHKƏMƏDƏ görüşəcək - ƏTRAFLI

Millət vəkili Zahid Orucun “Tərtər işi” ilə bağlı Milli Məclisdəki çıxışı səs-küyə səbəb olub. Çıxışın müəyyən hissələrini təqdim edirik:

– 19 şəxsə bəraət verilməsi ədalətin qələbəsidir;
– Məhkumların hüquqlarını qorumaq üçün aparılan ictimai kampaniyaya rəğmən vətəndaş, ədaləti Prezident İlham Əliyevdən gözləyir;
– Hərbi prokuror 5 il idi ki, işgəncə qurbanlarının üsyanını “nağıl” adlandırırdı, sonda bəlli oldu ki, dövlətə və xalqa yalanı kim danışır;
– Keçmiş Baş prokuror Zakir Qaralov bir dəfə də olsun o analarla görüşmədi və saxta ittihamnamələri araşdırmadı;
– Torpaqları düşmən əlində olan bir xalqın 405 nəfərini satqınlıqda günahlandırmaq özü böyük xəyanətdir;
– Aprel döyüşlərində qəhrəmanlıq göstərənləri cəzalandıranlar 2020-ci ildə dövlətimizi müharibədən çəkindirmək istəyənlərlə eyni cərgərdədilər;
– Görün, indi kimdir xəyənatkar?;
– Onlar xalqın etibarını itiriblər;
– Azad torpaqlara elələri ilə getmək mümkün deyil.

KONKRET.az xəbər verir ki, “Tərtər işi” müasir Azərbaycan tarixinin ən qaranlıq səhifələrindəndir. Çünki bir ölkənin müdafiə sistemində bu qədər harınlıq son hədd sayılır. İşgəncə və böhtanlı həbslərin kökündə başqa cinayətlər də gizlənir:

• Günahsız insanların erməniyə satqınlıqda şərlənməsi, yaxud işgəncələrlə günahı öz üzərinə götürməyə məcbur edilməsi əsl xainləri gizlətmək cəhdidir;
• 2017-ci ildə belə cinayətin baş verməsi əhalidə dövlətə və müdafiə sisteminə nifrət yaratmağa, ordunu xalqın dəstəyindən məhrum etməyə, patriotizmi soyutmağa hesablanıb. Bu isə bəzi üzdənirağ qonşularımızın marağındadır. Deməli, “Tərtər işi” həm də xaricdən gələn sifarişdir və Azərbaycanda onu həyata keçirənlər müəyyən güc mərkəzlərinin agenturasıdır.

Azərbaycan hökuməti uzaqgörən siyasət nəticəsində “Tərtər işi”nin aktuallığını müharibədən sonra qabartdı. Çünki bu faktor qabaqcadan gündəmə çevrilsəydi, vətənpərvərlik hissləri və savaşın gedişatına təsirsiz ötüşməyəcəkdi. Onsuz da, II Qarabağ müharibəsi müdafiə sektorundakı xainləri də üzə çıxartdı. Bu isə prokurorluq sistemindəki agentlərlə silahlı qüvvələrin hansı bağlara sahib olduğunu müəyyənləşdirdi. Yəni müvafiq araşdırmalar yalnız Zakir Qaralovla Xanlar Vəliyevin ətrafında aparılmayacaq. “Deyəsən, HƏDƏ ilə danışan Nəcməddinin HƏBSİNƏ az qalıb” başlıqlı məqaləmizdə də qeyd olunduğu kimi, vəzifədə oldu-olmadı çox irirütbəlini dəmir barmaqlıqlar gözləyir.

“Dəmir Yumruq” isə yerindədir!

KONKRET.az-ın Analitik Qrupu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*