Zaqatalada 64 nəfər qızılcaya yoluxdubackend

Zaqatalada 64 nəfər qızılcaya yoluxdu

Zaqatala Rayon Mərkəzi Xəstəxanasına bu ilin oktyabrın 11-dən noyabrın 17-dək qızılca simptomları ilə 64 müraciət daxil olub.

TƏBİB-dən KONKRET.az-a bildirilib ki, onlardan 46-sı müayinə olunaraq ambulator müalicə üçün evə buraxılıb.

Qeyd olunub ki, ambulator xəstələrdən 8 uşaqdır, vəziyyətləri stabildir: “Bu müddət ərzində xəstəxanaya müraciət edən 19 nəfər (5-i uşaq olmaqla) stasionar müalicə alıb. Onlardan 10 xəstə artıq evə buraxılıb. 9 xəstənin isə stasionar müalicəsi davam etdirilir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*