Zaqatalada beşmərtəbəli binada yanğınbackend

Zaqatalada beşmərtəbəli binada yanğın

Zaqatala şəhərinin Sülh küçəsində axşam saat 19 radələrində beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində F.Aslanova məxsus üçotaqlı mənzildə yanğın baş verib.

KONKRET.az xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası  və şəxsi heyəti cəlb edilib.

Yanğınsöndürənlərin səyi nəticəsindən yanğının genişlənərək digər mənzillərə keçməsinin qarşısı dərhal alınıb.

Yanğın nəticəsində mənzilin 9 kv/m-lik mətbəxinin yanar konstruksiyaları yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır (apa).

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*