Zaqatalada ikimərtəbəli ev külə döndübackend

Zaqatalada ikimərtəbəli ev külə döndü

Zaqatalada yaşayış evi tamamilə yanıb.

KONKRET.az-ın məlumatına yanğın bu gün günorta saatlarında rayonun Yuxarı Tala kəndində,  kənd sakini Nəcməddin Ağayevə məxsus ümumi sahəsi 144 kv/m olan ikimərtəbəli fərdi yaşayış evində  baş verib. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb olunub. Yanğın nəticəsində evin yanar konstruksiyaları içərisindəki ev əşyaları ilə birlikdə tamamilə yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Qafqazinfo.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*