Zaxarovadan Azərbaycan səfirliyinə edilən hücuma REAKSİYAbackend

Zaxarovadan Azərbaycan səfirliyinə edilən hücuma REAKSİYA

Mariya Zaxarova Londondakı təxribatla əlaqədar azərbaycanlı diplomatlara dəstəyini ifadə edib.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü  Mariya Zaxarova teleqram kanalında paylaşım edib.

“Azərbaycanın Britaniyadakı səfirliyinə edilən radikal hücum hadisəsindən şoka düşmüşəm. Günorta saatlarında bütöv bir vandal izdihamı diplomatik missiyanın ərazisinə soxularaq dövlət rəmzlərini təhqir edib, binaya ziyan vurub. Allaha şükür ki, heç kim zərər görməyib.

Diplomatik nümayəndəliklərin ərazisinin toxunulmazlığı beynəlxalq münasibətlərin təməl daşıdır ki, bu da bütün dünyada diplomatların rahat işləməsini təmin edir. Belə “insidentlər” qeyri-adi haldır.

Səfirliyin və diplomatların təhlükəsizliyini təmin etməli olan Britaniya hakimiyyət orqanlarına və polisə sual: siz harada olmusunuz?”, – paylaşımda bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*