Zaxarovanın səfirliyin mühafizəçisi barəsindəki fikri erməniləri ÖZÜNDƏN ÇIXARDI – FOTObackend

Zaxarovanın səfirliyin mühafizəçisi barəsindəki fikri erməniləri ÖZÜNDƏN ÇIXARDI - FOTO

Zaxarovanın bu sözləri erməniləri özündən çıxarıb.

KONKRET.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova teleqram kanalında Azərbaycanın Tehrandakı səfirliyinə edilən terror aktının videosunu paylaşaraq şərh yazıb.

O, səfirliyin mühafizəçisinin terrorçunu təkbaşına zərərsizləşdirməsinə belə yazıb:

“Azərbaycan səfirliyinin mühafizəçisi şir kimi döyüşdü”.

Zaxarovanın bu fikri erməni seqmentini yenə qarışdırıb. Onlar Zaxarovanın ünvanına xoşagəlməz ifadələr yazmaqla yanaşı, onu Azərbaycanpərəstlikdə ittiham ediblər.

P.S. Niyə narahat olursunuz, “qonşu”lar, şirə şir deyərlər, çaqqala çaqqal!

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*