Zelenski bütün regional hərbi komissarları işdən çıxardıbackend

Zelenski bütün regional hərbi komissarları işdən çıxardı

Ukraynanın bütün vilayətlərində hərbi komissarlar istefaya göndərilib.

KONKRET.az “RBK-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski müraciətində bildirib.

Məlumata görə, onları cəbhədə olmuş, yaxud müxtəlif səbəblərdən səngərdə olmayan hərbçilər əvəzləyəcək.

Volodimir Zelenski bildirib: “Ümumilikdə, regional hərbi komissarlar, şəhər, rayon, vilayət hərbi komissarları, başqa vəzifəli şəxslər barəsində artıq 112 cinayət işi var. Qeyd edirəm ki, ordu heç vaxt cinayət cəzasının əvəzi olmayacaq. Rütbələrlə imtiyazları qarışdıran məmurlar heç şübhəsiz mütləq mühakimə olunacaq”.

Onun sözlərinə görə, müxtəlif regionlarda, o cümlədən Donetsk, Poltava, Vinnitsa, Odessada hərbi komissarlıqda sui-istifadə və korrupsiya halları aşkarlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*