Xəbər verdiyimiz kimi, dünyanın ən böyük nəqliyyat təyyarəsi An-225 “Mriya” Qostomel hava limanında rus ordusu tərəfindən məhv edilib.
KONKRET.az xəbər verir ki, Zelenski təyyarənin məhv edilməsinə münasibət bildirib. O, Qostomel hava limanında olan An-225 Mriya təyyarəsinin yeganə nüsxəsinin məhv edilməsi ilə bağlı məlumatı təsdiqləyib.
“Dünən təəssüf ki, “Mriya”nı itirdik. Ancaq köhnə “Mriya”. Və biz yeni arzu quracağıq. Ukraynaya eşq olsun!”,- deyə Zelenski vurğulayıb.
Qeyd edək ki, “Mriya” ukrayna dilindən “arzu” kimi tərcümə olunur.
Xuraman Etibarlı,
KONKRET.az
