Zelenski Ərdoğanla Kiyevdə görüş keçirir – VİDEObackend

Zelenski Ərdoğanla Kiyevdə görüş keçirir - VİDEO

Ukrayna Prezidenti Vladimir Zelenski fevralın 3-də Kiyevə səfərə gələn Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüş keçirir.

KONKRET.az Ukrayna mediasına istinadən xəbər verir ki, görüş Mariinski Sarayında baş tutur.

Daha əvvəl Zelenski Ərdoğanın səfərinin gündəliyini açıqlamışdı.

Sövlət başçıları strateji Şuranın iclasını keçirəcək və biznes forumda iştirak edəcəklər.

Xatırladaq ki, 2019-cu il avqustun əvvəlində Zelenski iki gün Türkiyədə səfərdə olub. O zaman o, Ərdoğan, Krım tatar diasporu, biznes nümayəndələri və Ümumdünya patriarxı Varfolomey ilə görüşüb.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*