Zelenski İlon Maskı Ukraynaya dəvət etdibackend

Zelenski İlon Maskı Ukraynaya dəvət etdi

Zelenski “The New York Times”ın təşkil etdiyi DealBook sammitində İlon Maskı Ukraynaya dəvət edib.

KONKRET.az xəbər verir ki, Ukrayna Prezidentinin məqsədi iş adamının rus qoşunlarının ölkəsinə vurduğu zərəri öz gözləri ilə görə bilməsidir.

“Rusiyanın burada nə etdiyini bilmək istəyirsinizsə, Ukraynaya gəlin və bunu öz gözlərinizlə görəcəksiniz. Bundan sonra siz bizə müharibəni necə bitirəcəyimizi və kimin başladığını söyləyəcəksiniz”, – deyə Zelenski bildirib.

Xatırladaq ki, oktyabrın əvvəlində Mask Moskva ilə Kiyev arasında mümkün atəşkəsin parametrlərinin təklif edildiyi bir sıra tvitlər dərc edib. O, xüsusən də Ukraynaya Krımı qaytarmamağı məsləhət görüb.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*