Ukrayna Prezidenti Volodimir Zelenski Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanova general-mayor rütbəsi verib.
KONKRET.az xəbər verir ki, bununla bağlı Zelenski fərman imzalayıb.
“Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanova general-mayor rütbəsi verilsin”, – fərmanda qeyd olunub.
Kirill Budanov Baş Kəşfiyyat İdarəsinə 2020-ci ilin avqustun 5-dən rəhbərlik edir.