Zelenski müdafiə yardımı tələbi ilə “Buxarest doqquzluğu”na müraciət etdi – FOTObackend

Zelenski müdafiə yardımı tələbi ilə “Buxarest doqquzluğu”na müraciət etdi - FOTO

Ukrayna Prezidenti Volodimir Zelenski Polşa Prezidenti Andjey Duda ilə telefon danışığı keçirib və müdafiə yardımı tələbi ilə “Buxarest doqquzluğu”na  (NATO ölkələri – Polşa, Rumıniya, Estoniya, Litva, Latviya, Slovakiya, Macarıstan, Bolqarıstan, Çexiya) müraciət edib.

KONKRET.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Twitter” hesabından yazıb.

“Biz azadlığımızı və torpağımızı müdafiə edirik. Amma bizim effektiv beynəlxalq yardıma ehtiyacımız var. Bunu Andjey Duda ilə müzakirə etdim. Müdafiə yardımı, sanksiyalar, təzyiq (Rusiyaya qarşı – red.) ilə bağlı “Buxarest doqquzluğu”na müraciət etdim”.

“Müharibə əleyhinə koalisiyaya ehtiyacımız var ”, – deyə Ukrayna Prezidenti əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*