Zelenski Polşanın Ukraynaya sülhməramlılar göndərilməsi ideyasını bəyənməyib.
KONKRET.az Ukrayna mediasına istinadla xəbər verir ki, Polşa Ukraynada NATO sülhməramlıların yerləşdirilməsi təklifini irəli sürüb.
Volodimir Zelenski Polşanın Ukraynaya sülhməramlılar göndərməsi ideyasına qarşı çıxıb.
“Mən hələ ki, bu təklifi tam başa düşmürəm. Dövlətimizin ərazisində dondurulmuş münaqişə bizə lazım deyil, mən bunu polşalı həmkarlarımızla görüşümüzdə izah etdim. Bilirəm ki, onlar bu ritorikanı davam etdirirlər. Xoşbəxtlikdən, ya bədbəxtlikdən, bu. hələ də bizim ölkədir və mən prezidentəm, ona görə hələlik burada müəyyən qüvvələrin olub-olmayacağına biz qərar verəcəyik”, – deyə o bildirib.
Xuraman Etibarlı,
KONKRET.az