Hatayın Defne rayonunda baş verən 6,4 bal gücündə zəlzələ Yaxın Şərq və Şimali Afrikada da hiss edilib.
KONKRET.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, zəlzələ Livanın bütün şəhərlərində, xüsusən də paytaxt Beyrutda hiss olunub.
Hatay mərkəzli zəlzələ Suriya, İordaniya, İraq, Fələstin, İsrail və Misiri də silkələyib.
