Aralarında Qırğızıstan xilasedicilərinin də olduğu qruplar tərəfindən zəlzələdən 296 saat sonra Hatayın mərkəzi Antakya mahalında dağıntılar altından biri uşaq olmaqla 3 nəfər xilas edilib.
KONKRET.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Yaralılar təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparılıb.
Həmin görüntüləri təqdim edirik:
13. günde peş peşe mucizeler.
Hatay’da arama kurtarma çalışmalarında biri çocuk 3 kişi enkaz altından sağ kurtarıldı. https://t.co/9F7KCENfu5
— TRT Haber Canlı (@trthabercanli) February 18, 2023
Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.
Son məlumatlara görə, zəlzələ nəticəsində Türkiyədə 39 672 nəfər dünyasını dəyişib.
İqbal Rzayev,
KONKRET.az