Zəlzələdən sonra dəmir yolunda qatarların sürəti aşağı endirildibackend

Zəlzələdən sonra dəmir yolunda qatarların sürəti aşağı endirildi

Azərbaycan ərazisində dekabrın 7-də səhər saatlarında baş vermiş 5.6 maqnitudalı zəlzələdən dərhal sonra “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Fövqəladə Hallar Komissiyası müvafiq infrastruktur obyektlərinə texniki baxışın keçirilməsinə başlayıb, süni mühəndis qurğularının (körpülər, keçidlər, tunellər və s.) vəziyyəti yoxlanılır.

Bu barədə KONKRET.az-a ADY-dən bildirilib.

Məlumata görə, yol infrastrukturunda aparılan texniki diaqnostika ilə əlaqədar olaraq qatarların hərəkət sürəti qismən aşağı salınıb, bununla əlaqədar olaraq qatarların qrafikində qismən kənaraçıxma halları müşahidə oluna bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*