Zəngilan və Kəlbəcərdəki qızıl mədənləri ilə bağlı AÇIQLAMAbackend

Zəngilan və Kəlbəcərdəki qızıl mədənləri ilə bağlı AÇIQLAMA

Zəngilandakı Vejnəli və Kəlbəcərdəki Zod qızıl mədənlərində qazıntı işlərinin aparılması ilə bağlı artıq müqavilələrimiz mövcuddur.

KONKRET.az xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət İqtisad Universitetinin təşkilatçılığı ilə keçirilən “Müharibədən sonra Qarabağın iqtisadiyyatı” adlı müzakirələr çərçivəsində millət vəkili Tahir Mirkişili deyib.

O bildirib ki, artıq yeraltı qazıntların, faydalı filiz və ya qara metallurgiyanın istifadəsi ilə bağlı müqavilələrimiz var:

“Həmin müqavilələr bağlandığı zaman torpaqlar işğal altında olsa da, xarici şirkətlə birgə təsis ediləni konsorsium həmin ərazilərdə qazıntı işlərinin aparılması nəzərdə tutur. Bu ərazilər minalardan tamamilə təmizləndikdən sonra dərhal qazıntı işlərinə başlamağa hazırdırlar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*