backend

Zığ qəsəbəsində 40 ailə köçürülməyi gözləyir

KONKRET.az xəbər verir ki, Bakının Zığ qəsəbəsində, Hatəm Allahverdiyev küçəsindəki bir çox evlər torpaq sürüşməsi səbəbindən qəzalı vəziyyətə düşüb.

Sakinlər deyirlər ki, 59 ailə təzminat alaraq başqa əraziyə köçürülsə də, hazırda 40 ailə hələ də köçürülməni gözləyir.

Yağış yağdıqda vəziyyət daha da pisləşən ərazidə sürüşmə hər gün yeni problem yaradır.

Ərazidən köçürülmək istəyən ailələr noyabrın 19-da Nazirlər Kabinetinin önünə toplaşıb.

Suraxanı Rayon İcra Hakimiyyətindən deyirlər ki, qəzalı evlər barədə informasiya toplanaraq Nazirlər Kabinetinə göndərilir və onların tapşırığı yerinə yetirilir.

Nazirlər Kabinetindən isə hələ ki, cavab almaq mümkün olmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*