“Ziya və Fazil Məmmədovların, Eldar Mahmudovun da fəaliyyəti araşdırılmalıdır”backend

“Ziya və Fazil Məmmədovların, Eldar Mahmudovun da fəaliyyəti araşdırılmalıdır”

Sabiq nazir Səlim Müslümovun həbs edilməsi ölkə gündəminin əsas xəbərinə çevrilib. Siyasi şərhçilərdən tutmuş adi vətəndaşlara qədər hər kəs bu həbslə bağlı öz fikirlərini səsləndirir.

Ölkənin gündəm xəbərini KONKRET.az-a şərh edən “Ağ Partiya” sədri Tural Abbaslı Səlim Müslümovun həbsini müsbət hal kimi qiymətləndirib: “Cəmiyyətdə uzun illərdir formalaşan cəzasızlıq, “Yedim, taladım, dağıtdım” və cəza almadım” sindromu aradan qalxmalıdır. İnsanlar bilməlidir ki, illər keçsə də, onların əməlləri mütləq cavablandırılacaq. Amma bu həbslər dayandırılmamalı, digər sabiq nazirlərin fəaliyyəti yoxlanılmalıdır. Məsələn, Ziya Məmmədovun, Fazil Məmmədovun, Eldar Mahmudovun və digərlərinin fəaliyyəti araşdırılmalıdır. Çünki onların əmlakları haqqında mediada kifayət qədər məlumatlar dərc edilib”.

Tural Abbaslının sözlərinə görə, korrupsiya və rüşvətxorluğa qarşı başlanan bu kampaniya davam etdirilməlidir: “Çox istərdim ki, iki gün öncə Prezidentin çıxışında tənqid etdiyi şəxslər barədə də istintaq başlansın və araşdırma aparılsın. Mən əminəm ki, onların hər birini Səlim Müslümovun ittiham edildiyi maddələr üzrə təqsirləndirmək olar. Beləcə, dövlətdən oğurlanan milyonlarla manatı geri qaytarmaq mümkünləşər”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*