Zöhrə Ağamirova: “İslamiadada 5 qızıl medal qazanmaq istəyirdim”backend

Zöhrə Ağamirova: "İslamiadada 5 qızıl medal qazanmaq istəyirdim"

“Bu dəfə yarışa daha yaxşı hazırlaşmışdım. Bütün bacarığımı göstərməyə çalışırdım. Tam olaraq istədiyim kimi çıxış edə bilmədim”.

KONKRET.az xəbər verir ki, bunu Türkiyədə keçirilən V İslam Həmrəyliyi Oyunlarının fərdi yarışlarında iki qızıl, bir gümüş və bir bürünc medal qazanan Azərbaycanın bədii gimnastı Zöhrə Ağamirova deyib.

21 yaşıl idmançı İslamiadada 4 medala sahib çıxdığı üçün şad olduğunu bildirib: “5 qızıl medal qazanmaq istəyirdim. Amma bunu da yaxşı nəticə hesab etmək olar. Mənim əsas rəqibim elə özüməm”.

Gimnastların Konyadakı yarışda uğurlu çıxış etdiyini deyən Ağamirova Bolqarıstandakı dünya çempionatına hazırlaşacaqlarını söyləyib: “Məşqlərimə davam edəcəyəm. Mundialda yaxşı nəticə ilə finala vəsiqə qazanmaq niyyətindəyəm”.

Qeyd edək ki, Zöhrə Ağamirova lentlə və gürzlə hərəkətlərdə qızıl, halqa ilə hərəkətlərdə gümüş, topla hərəkətlərdə isə bürünc medala sahib çıxıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*