Zorlanma nəticəsində dünyaya uşaq gətirən azyaşlı ilə bağlı araşdırmalara BAŞLANILDIbackend

Zorlanma nəticəsində dünyaya uşaq gətirən azyaşlı ilə bağlı araşdırmalara BAŞLANILDI

Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yetkinlik yaşına çatmayan qızın uşaq dünyaya gətirməsi ilə bağlı məlumatlara münasibət bildirib.

KONKRET.az xəbər verir ki, Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məsələ ilə bağlı araşdırmalara başlanıldığını bildirib:

“Bununla bağlı Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən İmişli Rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işlərinin və hüquqlarının müdafiəsi üzrə komissiyaya, eyni zamanda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə rəsmi müraciət olunub. Artıq araşdırmalara başlanılıb və aidiyyatı qurumlarla birlikdə iş aparılır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*