11-ci sinif şagirdi kanalda BOĞULDUbackend

11-ci sinif şagirdi kanalda BOĞULDU

Göyçay rayonunda yeniyetmə oğlan bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

KONKRET.az-ın xəbərinə görə, Bığır kənd sakini – 16 yaşlı Qurbanov Əlibala Yalçın oğlu bu gün axşam saatlarında Qızılağac kəndi ərazisindəki su arxında dostları ilə birgə çimərkən ehtiyatsızlıqdan boğulub.

Əraziyə gələn polis əməkdaşları 11-ci sinif şagirdi Əlibala Qurbanovun meyitini sudan çıxararaq ailəsinə təhvil veriblər.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*