12 avqustdan sonra onların həyatı dəyişəcək – Sensasiyalı proqnozbackend

12 avqustdan sonra onların həyatı dəyişəcək - Sensasiyalı proqnoz

12 avqustda baş verəcək Günəş tutulmasının bütün bürclərə fərqli təsir göstərəcəyi bildirilir.

KONKRET.az xəbər verir ki, astroloqların fikrincə, tutulmanın yaratdığı dəyişikliklər qarşıdakı il yarım ərzində özünü göstərə bilər.

Qoç: Sevgi, romantika, yaradıcılıq və biznes ön plana çıxacaq. Yeni münasibət və biznes imkanları yarana bilər.

Buğa: Ailə, ev və daşınmaz əmlak məsələləri aktuallaşacaq. Təmir, köç, ev alqı-satqısı və hətta ölkə dəyişmək gündəmə gələ bilər.

Əkizlər: Yeni tanışlıqlar, səfərlər, təhsil və işgüzar əlaqələr üçün əlverişli dövr başlayır. Sənədləşmə və ticarətlə bağlı yeniliklər mümkündür.

Xərçəng: Maliyyə məsələləri əsas mövzu olacaq. Yeni gəlir mənbələri, investisiyalar və böyük alış-verişlər gündəmə gələ bilər.

Şir: Ən böyük dəyişikliklərin məhz Şirləri gözlədiyi bildirilir. Münasibət, nikah, övlad, köç, iş və xarici görünüşlə bağlı köklü yeniliklər baş verə bilər.

Qız: Keçmişi geridə qoymaq və həyatdakı artıq yükdən azad olmaq mərhələsi başlayır. Psixologiya, meditasiya və mənəvi axtarışlara maraq arta bilər.

Tərəzi: Dostluq və sosial çevrə dəyişə bilər. Yeni insanlarla tanışlıq, faydalı əlaqələr və hətta dost vasitəsilə romantik münasibət ehtimalı var.

Əqrəb: Karyera və peşə həyatında ciddi dəyişikliklər mümkündür. Vəzifə artımı, iş dəyişikliyi və ya yeni peşəyə keçid gündəmə gələ bilər.

Oxatan: Xarici ölkələr, səyahət, təhsil və hüquqi məsələlər ön plana çıxacaq. Xaricdə təhsil, iş və ya yaşayışla bağlı imkanlar yarana bilər.

Oğlaq: Kredit, investisiya, vergi, vərəsəlik və digər maliyyə məsələləri aktuallaşacaq. Gözlənilməz maliyyə dəyişikliklərinə hazır olmaq tövsiyə edilir.

Dolça: Münasibətlər həyatın əsas mövzusuna çevrilə bilər. Evlilik, ayrılıq, birlikdə yaşamaq və ya yeni işgüzar tərəfdaşlıq ehtimalı artır.

Balıqlar: İş və gündəlik həyatla bağlı dəyişikliklər gözlənilir. İş yerinin və kollektivin dəyişməsi ilə yanaşı, qidalanma, yuxu və həyat tərzinə diqqət artırıla bilər.

Astroloji yanaşmaya görə, Günəş tutulmaları həyatın müxtəlif sahələrində yeni mərhələlərin başlanmasına səbəb ola bilər. 12 avqust tutulmasının təsirlərinin isə bəzi bürclər üçün qarşıdakı 18 ay ərzində daha qabarıq hiss ediləcəyi iddia olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*