İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin ölkəyə iqtisadi təzyiq göstərmək və onu blokadaya almaq planlarını həyata keçirə bilməyəcəyini bəyan edib.
KONKRET.az xəbər verir ki, SEPAH-ın rəsmi nümayəndəsi Hüseyn Möhibi bildirib ki, ABŞ Mərkəzi Komandanlığının İranın quru və dəniz ticarət marşrutlarını məhdudlaşdırmaq təşəbbüsü sadəcə informasiya xarakterli addımdır və Vaşinqtonun məqsədinə çatmasına imkan verməyəcək.
Qeyd edək ki, daha əvvəl ABŞ Mərkəzi Komandanlığı İranın quru logistika xətlərini və Xəzər dənizindəki marşrutlarını izləmək və məhdudlaşdırmaq məqsədilə xüsusi əməliyyat qrupunun yaradıldığını açıqlamışdı.
Hədəf sanksiya tətbiq edilən məhsulların və ikili təyinatlı malların daşınmasının qarşısını almaqdır.
Günay Əli
KONKRET.az
