14 kişi bir qıza təcavüz etdi – Prezident sərt cəza tələb etdibackend

14 kişi bir qıza təcavüz etdi – Prezident sərt cəza tələb etdi

Qazaxıstan Prezidenti Qasım Comərt Tokayev azyaşlı qızlara, uşaqlara, qadınlara olan təcavüz hallarının artmasından danışıb. “Pedofiliya problemi ilə əlaqədar olaraq doqquz fakt var məndə. Qadın və uşaqlarla əlaqəli faktlara ayrılıqda baxılmalıdır”, – deyən dövlət başçısı Türküstan Məhkəməsinin bu yaxınlarda təcavüzkara bəraət verməsinə təəccübünü gizlətməyib. Digər bir hadisəni qeyd edən Tokayev vurğulayıb ki, Arkalık rayonunda (Kostanay vilayətində) 14 kişi bir qıza təcavüz edib və qız sonradan doğub. Polis bu insanları da həbs etməyib. Qazaxıstan Prezidenti tələb edib ki, bu məsələlər həll edilməlidir. “Təcavüzkarlarla əlaqəli məhkəmə sistemi dəyişilməlidir. Dürüst insanlar, mütəxəssislər olmalıdır”, – deyə ölkə rəhbəri bildirib. O, qətiyyətlə deyib ki, təcili olaraq cinsi zorakılıq, pedofiliya, narkotik ticarəti, məişət ticarəti, qadınlara qarşı məişət zorakılığı və xüsusilə uşaqlara qarşı digər ağır cinayətlərə görə cəzaları sərtləşdirmək lazımdır.

F.TAHİROĞLU

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*