Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın müharibə başlayandan indiyədək olan itkilərini açıqlayıb.
KONKRET.az Ukrayna mediasına istinadən xəbər verir ki, Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının başlanğıcından bəri Kreml ri təxminən 14 min hərbçi itirib. Eyni zamanda rusların 400-dən çox tankı və 108 helikopteri məhv edilib.
Martın 17-nə olan statistika:
şəxsi heyət – təxminən 14 min;
tank – 444 ədəd;
zirehli döyüş maşını – 1435 ədəd;
artilleriya sistemi – 201 ədəd;
MLRS – 72 ədəd;
hava hücumundan müdafiə sistemi – 43 ədəd;
təyyarə – 86 ədəd. helikopter – 108 ədəd;
avtomobil – 864 ədəd;
Gəmilər/qayıqlar – 3 ədəd;
yanacaq çəni – 60 ədəd;
PUA – 11 ədəd;
xüsusi texnika – 10 ədəd;
Qeyd edək ki, döyüşlər davam etdiyindən bu məlumatlar hər an yenilənir.
Müşviq Tofiqoğlu,
KONKRET.az
